AZ

Acun Ilıcalı hakim qarşısına çıxdı: Qərar AÇIQLANDI — YENİLƏNİB

Türkiyəli iş adamı Acun Ilıcalı və bir neçə nəfər barəsində "TV8" və "Exxen" platformalarında qanunsuz mərc reklamları yayımlamaq ittihamı ilə başlanan məhkəmə işi 25 noyabra qədər təxirə salınıb.

Demokrat.az bu barədə NTV-yə (Türkiyə) istinadla xəbər verir.

Bildirilir ki, ilkin dinləmədə Acun Ilıcalı yayımlara müdaxilə imkanlarının olmadığını bildirib və ittihamlar qarşısında məyusluğunu ifadə edib.

Məhkəmə işin daha ətraflı araşdırılması üçün ekspertiza araşdırmasına göndərilməsinə qərar verib.

***
14:26


Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında yayımlanan bəzi futbol matçlarında qanunsuz mərc reklamlarının yer alması ilə bağlı aparılan istintaq çərçivəsində ilk dəfə hakim qarşısına çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı DHA agentliyi yayıb.

Acun Ilıcalı ifadə verməyə başlayarkən aylıq gəlirinin 5 milyon lirə (təxminən 213 min manat) olduğunu bəyan edib.

O özünü bu sözlərlə müdafiə edib:

Seçilən
85
demokrat.az

1Mənbələr