Braziliyada 13 yaşlı oğlan ailədaxili mübahisə zəminində nənə və babasını öldürüb.
Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Fransisko Beltran bələdiyyəsində baş verib.
Məktəbli əvvəlcə babasını yaralayıb, daha sonra nənəsi 5 güllə ilə vurub. Yaşlı kişi polisə zəng vura bilib, yaralanmasına baxmayaraq, nəvəsi ilə dava edib və onu tərksilah edib.
Faciəyə səbəb olan münaqişə uşağın mobil telefondan istifadəsinə qadağa qoyulması ilə başlayıb. Məktəbli əmisinə məxsus tapançadan atəş açıb.
Hadisədən sonra məktəbli meşədə gizlənsə də, o, tez tapılaraq saxlanılıb.