AZ

Sabunçuda Polis Günü qeyd olundu - Fotolar

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Sabunçu Rayon Polis İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elşən Həsənli və polis əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar Bakıxanov qəsəbəsində yerləşən istirahət parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir Polis İdarəsinin akt zalında davam edib. Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov tədbiri giriş sözü ilə açaraq şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib. O, çıxışında Azərbaycan polisinin dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin təmin olunmasında və vətəndaşların təhlükəsizliyinin qorunmasındakı rolundan danışıb.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin birinci müavini hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirib, polis əməkdaşlarını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı fəxri fərmanlarla təltif olunub.




Seçilən
21
qafqazinfo.az

1Mənbələr