AZ

Onlar Bakıya gələ bilməyəcəklər - SİYAHI

Xəbər verdiyimiz kimi, iyulun 23-dən 26-dək Keçirilməsi planlaşdırılan “DREAM FEST 2025” beynəlxalq musiqi festivalında dəyişiklik edilib. 

Paralel.az xəbər verir ki, buna səbəb Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri olub.

Bəs görəsən, festivalda çıxış etməsi planlaşdırılan hansı ifaçıların konserti təxirə salınıb?

İlk öncə onu qeyd edək ki, gecənin aparıcılığı rusiyalı aparıcı Regina Todorenko və aktyor Miloş Bikoviçə həvalə edilmişdi.  

Musiqili gecədə yer alacaq ifaçılar arasında isə Alsu, Ani Lorak, Eqor Krit, Timati, İrina Dubsova, Alyona Apina, məşhur "Ruki verx" və "Serebro" qrupu, Maksim Fadeyev, Klava Koka və başqaları var idi.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və sair ləğv edib.

Onu da əlavə edək ki, musiqili festivalda Xalq artistləri Aygün Kazımova, Emin Ağalarov, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Tünzalə Ağayeva, müğənnilər Aysel Teymurzadə, Samirə Efendi, Nigar Camal, Zamiq Hüseynov, əcnəbu ulduzlar Nikol Şerzinger, Milos Bıkovıc, Sandra, Haddaway, İnqrid, Alessandro Safina və başqaları çıxış edəcəklər.  (Axşam.az)

Seçilən
0
8
paralel.az

9Mənbələr