AZ

Polis Günü ilə bağlı daha bir tədbir keçirildi - FOTOLAR

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Stansı Sumqayıt ərazisində Məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən Qubadlı rayon Polis şöbəsində  Azərbaycan polisinin yaranmasının  107-ci il dönümü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov,Qubadlı Rayon Polis şöbəsinin rəisi Polis polkovniki Əhməd Nəcəfov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra Hakimiyyətinin məsul işçiləri, rayon Polis şöbəsinin əməkdaşları, İdarə-müəssisə rəhbərləri və  təqaüddə olan Polislər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində  abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə etdilər. Sonra tədbir Qubadlı rayon Polis şöbəsində davam etdirildi.

Qubadlı rayon Polis şöbəsinin rəisi, Polis Polkovniki Əhməd Nəcəfov məruzə ilə çıxış edərək tədbiri açıq elan etdi.

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 2 iyul- Azərbaycan Polisi Günü münasibətilə bütün Polislərin peşə bayramını təbrik etdi, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkəmizdə sabitliyin təmin edilməsində Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu bildirdi. RİH başçısı

Malik İsaqov qeyd etdi ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 107 yaşı tamam olur. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.Azərbaycan polisinin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olub. 1998-ci ildən iyul ayının 2-si Ümummili Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Bu gün də Prezident İlham Əliyev polis işçilərinə diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir.

Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qubadlı rayon polisləri də torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər Şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizdən 12 nəfəri Polis əməkdaşı olmuş, onlardan Mirzəyev Kərəm Ərşad oğlu və Əliyev Vasili Əhməd oğlu Azərbaycanın Milli Qəhrəmanıdır.

44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. "2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi".

Tədbirdə rayon Polis şöbəsinin rəis köməkçisi Polis mayoru Qalib Əhmədov Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun şəxsi heyəti və Polis veteranlarını təbriki və şəxsi heyətdən bir neçə nəfərin mükafatlandırılması barədə əmri oxudu.

Çıxış edənlər ölkə başçısına və rayon rəhbərliyinə şəhid ailələrinə və polislərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Daha sonra RİH başçısı Malik İsaqov tərəfindən fəal polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin  fəxri fərmanları, keçmiş polis işçilərinə isə qiymətli hədiyyələr təqdim olundu.

Seçilən
17
50
unikal.az

10Mənbələr