AZ

"Tesla"nın elektromobil satışları 9 ay sonra ilk dəfə artıb

"Tesla"nın Çində istehsal olunan elektromobil satışları 9 ay sonra ilk dəfə artıb.

Valyuta.az xəbər verir ki, "Tesla"nın Çində istehsal edilən elektromobillərinin satışları iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq son 9 ayda ilk dəfə artım göstərib. Lakin rüblük satışlar 6,8% azalaraq ardıcıl üçüncü dəfə enişlə nəticələnib.

Şirkətin Şanxay zavodunda istehsal edilən "Model 3" və "Model Y" avtomobillərinin daxili və xarici bazarlara ümumi tədarükləri may ayına nisbətən 16,1% artaraq 71 599 ədəd olub.
Əsas rəqibi olan "BYD" şirkətinin iyun ayı üzrə qlobal satışları isə illik müqayisədə 11% artaraq 377 628 avtomobilə çatıb.

"Tesla"nın Çində və Avropada satışları zəifləyir, həm rəqabət, həm də İlon Maska qarşı siyasi təzyiqlər şirkətin tələbatına mənfi təsir göstərir.

Bu il "Tesla"nın qlobal bazar payının 13%-ə düşəcəyi, "BYD"nin isə satışlarını 45% artıraraq bazarın beşdə birini əhatə edəcəyi proqnozlaşdırılır.

Yeni təqdim olunan "Xiaomi YU7" SUV modeli "Model Y"dən ucuzdur və yüksək tələbatla qarşılanıb. "Xiaomi SU7" sedanı isə dekabrdan bəri "Model 3"ü satışda geridə qoyur.
"Tesla" qiymətləri aşağı salmaq əvəzinə, bu həftə Çində "Model 3"ün uzun məsafəli versiyasının qiymətini artıraraq yürüş məsafəsini 753 km-yə çatdırıb.

Sərvanə Rəmixanova

Seçilən
26
21
valyuta.az

10Mənbələr