AZ

Qusarda Polis işçilərinin peşə bayramı qeyd olundu - FOTO

Qusar rayonunda Polis işçilərinin peşə bayramı münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, Milli Məclisin deputatı Anatoliy Rafailov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Qusar Rayon Polis Şöbəsinin kollektivinin, veteran polis işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirilib. İlk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.

Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rəsmi tədbir daha sonra Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Sahir Məmmədxanov bütün polis əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, o cümlədən şəhid olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Əfəndiyev, Milli Məclisin deputatı Anatoliy Rafailov, Qusar rayon prokuroru Elxan Əbdürrəhimov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və polis veteranı Talim Yarmətov Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan, bu peşənin dövlət və cəmiyyət üçün daşıdığı strateji əhəmiyyətdən bəhs ediblər.


Sonda xidməti vəzifələrinin icrasında fərqlənən bir qrup polis əməkdaşı Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub və onlara qiymətli hədiyyələr təqdim edilib.




























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
13
36
bizim.media

10Mənbələr