AZ

Carell Kuansa “Bayer”də - Rəsmi

“Liverpul”un 22 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Carell Kuansa bundan sonra Almaniyanın “Bayer” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Bayer”in rəsmi saytına istinadən məlumat verir.

Keçid Leverkuzen klubuna 35 milyon avro məbləğ müqabilində başa gəlib. Luansa “Bayer”lə 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Carell Kuansa “Liverpul”un məzunudur. Müdafiəçi, karyerası ərzində “Bristol Rovers”də icarədə olub.

Kuansa 2024/2025-ci illər mövsümündə “Liverpul” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 25 oyun keçirib.

Kuansanın “qırmızılar” üçün çıxışının ümumi mənzrəsi isə 58 oyun, 3 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Carell Kuansa İngiltərənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib, “üç şir”in əsas yığmasında isə debüt imkanı hələ qazanmayıb.

Kuansanın qənimətlər muzeyində “Liverpul”la qazandığı İngiltərə Premyer Liqası (2024/2025) və İngiltərə Liqa Kuboku (2022, 2024) var. Həmçinni Kuansa İngiltərənin U-21 yığması ilə Avropa Çempionatının (2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Liverpul” digər futbolçusu Trey Nyoni ilə də yeni müqavilə bağlayıb. 18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. İngiltərənin U-20 millisinin üzvünün sözləşməsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

Nyoni 2023-cü ilin yayında “Lester Siti”nin akademiyasından “Liverpul”a transfer olunub. Gənc oyunçu ötən mövsüm Mersisayd təmsilçisinin əsas komandasında 5 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi edib.

Seçilən
30
50
arena.az

10Mənbələr