AZ

Məşhur idmançı oğruların hücumu nəticəsində qətlə yetirildi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

İranda məşhur fitnes və bodibildinq üzrə peşəkar məşqçi Suruş Sutude zorakılıqla törədilən oğurluq zamanı qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mashregh News” məlumat yayıb.

Polisin açıqlamasına görə, motosikletlə hərəkət edən iki naməlum şəxs idmançının mobil telefonunu oğurlamaq məqsədilə ona hücum edib. Suruş Sutude telefonunu geri almağa çalışarkən, oğrular tərəfindən boyun və çiyin nahiyəsindən üç bıçaq zərbəsi alıb. Gənc məşqçi aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı istintaq başlanılıb, cinayəti törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
50
konkret.az

10Mənbələr