AZ

“Barselona” yeni mövsüm üçün ev formasını təqdim edib - FOTOLAR

“Barselona” klubu 2025/26 mövsümündə istifadə edəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Forma ənənəvi mavi-qranat rənglərdə dizayn olunub.Komandanın texniki sponsoru bu mövsümdə də ABŞ-ın dünyaca məşhur idman brendi “Nike”dir. Yeni forma həm klassik üslubun davamı, həm də müasir elementlərlə zəngin tərtibatı ilə diqqət çəkir.

Xatırladaq ki, “Barselona” 2024/25 mövsümünü İspaniya La Liqasının çempionu kimi tamamlayıb. Komanda turnir cədvəlində 2-ci yeri tutan “Real Madrid”i 4 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.

Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasında isə yarımfinal mərhələsində mübarizəni dayandırıb. “Barselona” bu mərhələdə turnirin gələcək finalçısı olan İtaliya klubu “İnter”ə məğlub olub.

Seçilən
26
12
90deqiqe.az

10Mənbələr