AZ

“Qarşıdurma istənilən anda yenidən alovlana bilər” “Rusiya bununla barışmaq istəmir....”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan və Rusiya arasında iyunun sonundan etibarən müşahidə olunan gərginlik müəyyən qədər səngimiş kimi görünsə də, bu, uzunmüddətli barışın əlaməti deyil.

“AzPolitika” xəbər verir ki, bu fikirləri hərbi ekspert Aqil Rüstəmzadə bildirib. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazdakı təsir imkanlarının azalması ilə barışmaq istəmir və qarşıdakı dövrdə fasilələrlə müşayiət olunan yeni təzyiqlər gözlənilir.

Ekspert qeyd edib ki, Moskva bundan sonra da Azərbaycana qarşı hibrid təzyiqlər və güc elementlərindən istifadə etməyə çalışacaq: “Rusiya təsir dairəsini itirməklə barışmaq istəmir. Hüquq-mühafizə strukturlarının zorakılıq alətlərindən istifadə etməklə Azərbaycana qarşı təzyiqləri davam etdirəcək. Bu addımlar, əsasən, Azərbaycan və Türkiyənin hərbi-siyasi yaxınlaşmasına qarşı yönəlib”.

Aqil Rüstəmzadənin fikrincə, Ankara-Bakı münasibətlərinin getdikcə güclənməsi Kremldə ciddi narahatlıq yaradır və bu fon yeni qarşıdurma mərhələlərinin yaranmasına səbəb ola bilər: “Türkiyə ilə hərbi-siyasi baxımdan əzələlərini gücləndirən Azərbaycan bu basqılara qarşı müqavimət göstərməkdə davam edəcək. Buna görə də yaxın dövrdə Azərbaycan-Rusiya münasibətlərində müxtəlif gərginlik mərhələlərinin yaşanması qaçılmazdır”.

Ekspert eyni zamanda Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib: “Düşünürəm ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşları bu reallıqları nəzərə almalıdırlar. Qarşıdurma istənilən anda yenidən alovlana bilər”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
50
azpolitika.info

10Mənbələr