AZ

Ərdoğan Türkiyədə səfərdə olan Tatarıstan lideri ilə görüşüb

Tatarıstan rəhbəri Rüstəm Minnixanov Türkiyə Prezidenti Rəcəb Ərdoğanla görüşüb.

Bu barədə Rüstəm Minnixanovun mətbuat katibi Liliya Qalimova xəbər verib.

Türkiyə Prezidenti R.T.Ərdoğan nazirlərlə görüş keçirərkən, ona məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib.

Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb. O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, – deyə Ərdoğan bildirib.

Seçilən
30
17
moderator.az

10Mənbələr