AZ

Polis Günü Oğuzda da qeyd edildi - Fotolar

Oğuz rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər.

Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi Şəhidlər xiyabanında anılıb.

Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Abdulqədirov, hüquq-mühafizə orqanlarının rəhbərliyi, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri, polis veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərid Fətəliyev öz çıxışında Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açaraq polis əməkdaşlarının ölkə ərazisində ictimai-siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşları Fəxri Fərmanlarla təltif olunublar.






Seçilən
6
1
qafqazinfo.az

2Mənbələr