AZ

Məşhur media-holdinq Trampdan canını qurtarmaq üçün görün nə etdi

CBS News telekanalının sahibi olan Amerika media-holdinqi Paramount Global, ABŞ prezidenti Donald Trampın iddiasına son qoymaq üçün 16 milyon dollar ödəməyə razılaşıb.

Musavat.com xəbər verir ki, məlumatı “Los Angeles Times” yayıb.

Bildirilir ki, siyasətçi kanalı demokrat rəqibi Kamala Harrislə müsahibəni redaktə edərək seçkiyə müdaxilə etməkdə ittiham edirdi.

Paramount-un yaydığı bəyanata görə, vəsait Trampın tikməyi planlaşdırdığı prezident kitabxanasının maliyyələşdirilməsinə sərf olunacaq:

“Prezident Tramp birbaşa və ya dolayısı ilə heç bir vəsait almayacaq”. Razılaşmanın bir hissəsi olaraq, Paramount üzr istəməyib və hərəkətlərinə görə peşmançılıq ifadə etməyib. İki aylıq vasitəçilikdən əvvəl olan sövdələşmə “mübahisə tarixindən əvvəl hər hansı CBS hesabatı ilə bağlı bütün iddialardan imtinanı” nəzərdə tutur.

Şirkət həmçinin bəyan edib ki, gələcəkdə “60 dəqiqə” proqramı yayımından sonra “ABŞ prezidentliyinə uyğun namizədlər”lə müsahibələrin stenoqramlarını dərc edəcək. Redaktələr yalnız "hüquqi və ya milli təhlükəsizlik səbəbləri ilə" ediləcək.

Xatırladaq ki, 2024-cü ilin noyabrında o vaxt prezidentliyə namizəd olan Tramp, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə oktyabrda aparılan müsahibəyə görə CBS News-u məhkəməyə verərək 10 milyon dollar tələb edib. Bu ilin fevralında bu rəqəm 20 milyon dollar artırılıb. Trampın kampaniyası CBS-dən Harrislə müsahibənin redaktə edilməmiş versiyasını yayımlamasını tələb etdi, çünki Tramp əmin idi ki, “60 dəqiqə” prodüserləri onun cavablarını dəfələrlə dəyişdirib əlavə edib.

Respublikaçı həmçinin iddia edib ki, bu iş kampaniyanın maliyyə qaydalarını poza bilər və dərhal araşdırma və ictimaiyyətdən üzr istəməyi tələb edir. O, vəziyyəti “saxta xəbərlərin bariz nümunəsi” adlandırıb.

Musavat.com

Seçilən
23
42
musavat.com

10Mənbələr