AZ

Bakıda gənc qız istintaq təcridxanasına plov qazanında telefon keçirdi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Bakıda gənc qız istintaq təcridxanasında saxlanılan nişanlısı üçün mobil telefon keçirərkən yaxalanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında baş verib.

Bakı şəhər sakini Nərminə Süleymanova 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilmiş nişanlısı ilə görüşə gəlib. O, özü ilə gətirdiyi qazanda, plovun altında iki ədəd mobil telefonu təcridxanaya keçirərək nişanlısına vermək istəyib.

Qadın həmin telefonları yoxlama nəzarətindən gizlədərək təcridxanaya keçirsə də, görüş otağında yaxalanıb. Əməliyyat məlumatı əsasında təcridxana nəzarətçiləri görüş otağında axtarış apararkən N.Süleymanovanın gətirdiyi plovun içərisindən hər iki mobil telefonu aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Süleymanovaya altı ay müddətinə islah işləri cəzası təyin edilib.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
26
oxu.az

10Mənbələr