“Sumqayit” klubu Vaqif Cavadovun istefasından sonra hələ də yeni baş məşqçi ilə müqavilə imzalamayıb.
Bizim.Media xəbər verir ki, komanda yaxınlarda yeni mövsümə hazırlığa başlayacağı halda yeni baş məşqçinin təyinatı yubanır.
Klub prezidenti Riad Rəfiyev bu yaxınlarda mətbuata açıqlamasında yeni məşqçinin əcnəbi olacağını açıqlayıb. Məsələni dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq.
“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev də Bizim.Media-ya açıqlamasında komandanın yeni baş məşqçisinin əcnəbi olacağını təsdiqləyib:
“Baş məşqçi axtarışları ilə klub prezidenti məşğul olur. Riad Rəfiyevin də dediyi kimi yeni çalışdırıcı əcnəbi olacaq. Hazırda danışıqlar gedir. Yəqin ki, yaxın bir neçə gün ərzində hər şey dəqiqləşəcək. Yeni mövsümün hazırlıqlarına yeni baş məşqçimizlə başlamaq istəyirik”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta