AZ

Şirvan-Salyan regionu üzrə ən yaxşı MƏKTƏBLƏR

Şirvan- Salyan egionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Şirvan rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 730 şagird bitirib və onların 727 nəfəri buraxılış imtahanında iştirak edib.

Şəhərin məzunlarının 59 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il şəhərin ən yaxşı məktəbləri sırasında 1 saylı və 21 saylı şəhər tam orta məktəblərini qeyd etmək olar.

Biləsuvar rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 879 şagird bitirib və onların 874 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 45 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında T.Əliyev adına Yuxarı Cürəli kənd tam orta məktəbini qeyd etmək olar

Hacıqabul rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 555 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 30 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Hacıqabul 5 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.

Neftçala rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 691 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. 

Rayonun məzunlarının 45 nəfəri 500-dən, o cümlədən 12 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 saylı, 4 saylı şəhər və Xıllı qəsəbə 2 saylı tam orta məktəblərini qeyd etmək olar.

Salyan rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1287 şagird bitirib və onların 1285 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 93 nəfəri 500-dən, o cümlədən 31 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Arbatan kənd tam orta məktəbini qeyd etmək olar.

Seçilən
18
50
azedu.az

10Mənbələr