AZ

Peskov uzun müddət sonra Putinlə Makron arasında baş tutmuş söhbəti şərh edib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Rusiya hətta fikir ayrılıqlarının çox olduğu ölkələrlə də dialoqda maraqlıdır".

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında bir gün əvvəl baş vermiş söhbəti şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, fikrinin davamında qeyd edib ki, V.Putin dəfələrlə dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.

"Dialoq hər bir halda lazımdır, bu, bizim maraqlarımıza uyğundur", - deyə D.Peskov qeyd edib.

Xatırladaq ki, ötən gün Vladimir Putinlə Emmanuel Makron üç ildən sonra ilk dəfə telefonla danışıblar. Fransa və Rusiya prezidentləri arasında sonuncu telefon danışığı 2022-ci ilin sentyabrında baş tutmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
50
oxu.az

10Mənbələr