AZ

Yaponiyada 11 gün ərzində 911 zəlzələ OLDU

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaponiyanın cənub-qərbində yerləşən Tokara adalarında cəmi 11 gün ərzində müxtəlif gücdə 911 zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Agentliyin 21 iyun–2 iyul tarixlərini əhatə edən məlumatına əsasən, ən güclüsü 5,6 bal olan zəlzələlərin 610-u 1 və yuxarı, 220-si 2 və yuxarı, 60-ı 3 və yuxarı, 18-i 4 və yuxarı, 3-ü isə 5 və yuxarı bal gücündə olub.

Rəsmi Kyodo agentliyinin xəbərinə görə, zəlzələlər nəticəsində heç bir ölüm, yaralanma və ciddi dağıntı qeydə alınmayıb.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
redaktor.az

10Mənbələr