AZ

Ukrayna ordusunun 100-ə yaxın PUA-sı Rusiyanın 15 bölgəsinə hücum edib – VİDEO

Ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus təqribən 100 pilotsuz uçuş aparatı (PUA) 15 Rusiya regionuna hücum təşkil edib.

KONKRET.az xəbər verir ki, Çeboksarı şəhərində Vutherm adlı müəssisədə yanğın baş verib. Rəsmi məlumatlara görə, bu müəssisə su qızdırıcı qazanlar istehsal edir. Sosial şəbəkələrdə yayılan görüntülərdə qalın qara tüstü müşahidə olunur.

Voronej vilayətinin Borisoglebsk şəhərində hərbi aerodrom yaxınlığında azı 10 partlayış qeydə alınıb.

Saratov və Enqels şəhərlərində aerodrom və neft emalı zavodu PUA hücumuna məruz qalıb. Saratov vilayətinin qubernatoru bəzi yaşayış binalarının zərər gördüyünü bildirib.

Leninqrad vilayətində gecə saatlarında iki PUA vurulub. Hücumlar səbəbindən Sankt-Peterburqdakı Pulkovo hava limanında 50-dən çox reys təxirə salınıb və uçuşlara məhdudiyyət tətbiq olunub.

Hazırda Tambov, Saratov, Ulyanovsk və Nijni Novqorod şəhərlərinin hava limanlarında da məhdudiyyətlər qüvvədə qalır.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, 94 Ukrayna PUA-sı məhv edilib, onlardan 34-ü Voronej vilayəti üzərində vurulub.

 

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
4
27
konkret.az

10Mənbələr