AZ

Pakistanda daşqınlar 64 nəfərin həyatına son qoydu

Pakistanın bəzi regionlarında bir neçə gündür davam edən daşqınlarda ölənlərin sayı 64 nəfərə çatıb.

News24.az APA.az-a istinadən xəbər verir ki, bununla bağlı Pakistan Milli Fəlakət Menecmenti İdarəsi məlumat yayıb.

Məlumatda 117 nəfərin xəsarət aldığı bildirilib.

Pəncab və Xayber Paxtunxva regionlarında dağıntı və itkilər digər bölgələrə nisbətən daha çoxdur.


Seçilən
27
20
news24.az

10Mənbələr