AZ

Həddindən artıq istilər asfaltı əridib

Həddindən artıq istilər Almaniyanın Aşağı Saksoniyada ştatında avtomobil yolunda da problemlər yaradıb. ADAC-ın (Allgemeine Deutsche Automobil-Club – Alman Avtomobil Klubu) məlumatına görə, Vardenburq və Qrosenkneten arasındakı bir zolaq “yol zədələnməsi” səbəbindən bağlanıb və qalan zolaq əlavə olaraq daraldılıb.

KİV-in məlumatına görə, dağıntılara həddindən artıq istilər səbəb olub. Kənarlardakı beton plitələr yerindən oynayıb və geniş şəkildə çöküb. Oldenburq polisi bildirib ki, avtomobil yolunun başqa yerlərində də asfalt sanki əriyib.

İstilərlə yanaşı, Almaniyanın bəzi yerlərində göy gurultusu ilə müşayiət olunan tufan təhlükəsi də var.

Seçilən
16
vaxt.az

1Mənbələr