Fransa prezidenti Emmanuel Makronun Rusiya dövlət başçısı Vladimir Putinlə danışıqlardan sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə nə dediyi məlum olub.
Bu barədə "Bloomberg" məlumat yayıb.
"Fransanın prezidenti Zelenskiyə bildirib ki, Putin Ukraynada müharibənin dayandırılması mövqeyini dəyişməyib və atəşkəsə qarşı çıxmağa davam edir", - deyə nəşrdə vurğulanıb.