AZ

Sarkisyana qarşı daha bir ittiham irəli sürüldü

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı cinayət işində yeni ittiham irəli sürülüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

O, xüsusilə külli miqdarda rüşvət almaqda və sahibkarlıq fəaliyyətində qanunsuz iştirakda ittiham olunur.

Qeyd olunur ki, sabiq dövlət başçısı 2000-2018-ci illərdə Ermənistanın müdafiə naziri, baş nazir, prezident, daha sonra isə yenidən baş naziri vəzifələrində çalışarkən kommersiya təşkilatları yaradıb.

Belə ki, o, dostu Mixail Baqdasarov vasitəsilə Ararat rayonunun Surenavan icmasında bitum zavodunun tikintisində iştirak edib. Üstəlik, xarici investisiyalar hesabına.

Hazırda o, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunla müəyyən edilmiş qadağaya zidd olaraq qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda ittiham olunur.

Seçilən
21
49
publika.az

10Mənbələr