Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyəli aktrisa Serenay Sarıkaya ad gününü ayrıldıqları deyilən sevgilisi, müğənni Mərt Dəmirlə qeyd edib.
Axşam.az xəbər verir ki, aktrisa sosial media hesabında sevgilisi ilə tətilindən görüntülər yayımlayıb.
Eyni zamanda Mert də Serenayla fotolarını paylaşaraq "Ad günün mübarək, mənim fıstığım. Bütün bu cəfəngiyatda məni xəstə edən yeganə şey bizik" deyə, yazıb.
Qeyd edək ki, Serenayla Mərtin pul müqabilində sevgili olduğu iddia edilmişdi. Bu ərəfədə Serenayın meneceri Ayşe Barım həbs edilib.
Fuat Uğurun "TV100"də yazdığı məqalədən Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən ID İletişim şirkəti haqqında araşdırma başladıb. Bundan sonra Serenayla Mərt yenidən sevgili olub.
Bir müddət əvvəl isə onların üçüncü dəfə ayrıldığı iddia olunmuşdu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.