AZ

Filippində yanğın: Minlərlə insan evsiz qaldı

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Filippinin Metro Manila şəhərində əhalinin sıx məskunlaşdığı məhəllədə baş verən yanğın min insanı evsiz qoyub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Filippinin Metro Manila şəhərində səhər saatlarında aztəminatlı, əhalinin sıx məskunlaşdığı məhəllədə yanğın baş verib.

İkimərtəbəli evdə başlayan yanğın tez bir zamanda taxta və yanar materiallardan hazırlanan məhəlləni bürüyüb. Yanğın yanğınsöndürənlər və təcili yardım qruplarının müdaxiləsi ilə nəzarət altına alınıb. Yanğın nəticəsində tələfat olmasa da, 70 evin tamamilə dağıldığı, min nəfərin evsiz qaldığı bildirilib.

Səlahiyyətlilər yanğının ilkin dəyərinin 300 min Filippin pesosu olduğunu bildirib və səbəbin müəyyən edilməsi üçün işə başlayıb.

Manila meri İsko Moreno yanğın bölgəsinə baş çəkərək yoxlamalar aparıb və zərərçəkən ailələrə hər cür dəstəyi verəcəklərini bildirib.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
50
azxeber.com

10Mənbələr