Bu ilin iyun ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 min 770 nəfər olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 112 min 298-i yaşa, 14 min 218-i əlilliyə, 22 min 254-ü isə ailə başçısını itirməyə görə pensiya alıb.