AZ

Pişiklər insanların hisslərini oxuya bilir – Yapon alimlərdən maraqlı tədqiqat

Yaponiyanın Kioto Universitetinin nevrologiya laboratoriyası ev pişiklərinin insan emosiyalarına reaksiya verə bildiyini sübut edib. AzPost xəbər verir ki, bu barədə məlumat “Scientific Reports” jurnalında yayımlanıb. Professor Hiroshi Ueda rəhbərliyi ilə aparılan təcrübələrdə 38 ev pişiyi və onların sahibləri iştirak edib.

Təcrübə zamanı sahiblərin sevincli, qəzəbli və neytral ifadələrlə danışması qeydə alınıb. Pişiklərin reaksiyaları video ilə müşahidə olunaraq təhlil edilib. Alimlər müşahidə ediblər ki, pişiklər sahiblərinin səsinin tonuna uyğun olaraq ya yaxınlaşıb, ya da uzaqlaşıb. Ən çox reaksiya sevincli səslənməyə olub.

Dr. Ueda qeyd edib ki, bu, pişiklərin yalnız instinktiv deyil, sosial uyğunlaşma qabiliyyətinə də malik olduğunu göstərir. Onun fikrincə, pişiklər təkcə yemək və təhlükəyə qarşı deyil, həm də münasibət və emosiyalara qarşı reaksiya verirlər. Bu nəticə illərlə onların daha soyuq və qeyri-emosional heyvan kimi tanıdılmasına ziddir. Alim əlavə edib ki, pişiklər insan davranışlarını müşahidə edərək adaptasiya olurlar.

Bu isə onların ailəvi və sosial mühitə uyğunlaşma potensialını təsdiqləyir. Mütəxəssislər hesab edir ki, bu məlumatlar pet terapiya sahəsində yeni yanaşmaların əsasını qoya bilər. Dr. Ueda bildirib ki, gələcək tədqiqatlarda daha fərqli heyvan növləri də müqayisəyə cəlb ediləcək. Bu tədqiqat pişik sahibləri üçün onların ev heyvanları ilə münasibətlərində yeni anlayışlar yarada bilər.

AzPost.az

Seçilən
17
42
azpost.info

10Mənbələr