ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Napoli”nin futbolçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirmək istəyir.
Futbolpress.az xəbər verir ki, daha əvvəl “Yuventus”, “Qalatasaray” və “Əl Hilal”dan təklif alan nigeriyalı hücumçu “Çelsi”də oynamaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Osimhen “Çelsi”dən təklif gözləyir.
Ötən mövsümü “Qalatasaray”da icarədə keçirən 26 yaşlı hücumçu 41 oyunda 37 qol vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.