AZ

Politoloq Elçin Axundzadənin Polis Günü münasibətilə təbrik müraciəti

Hərbi-siyasi ekspert, politoloq Elçin Axundzadə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova və bütün polis əməkdaşlarına 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik müraciəti ünvanlayıb:
 
O, təbrikində qeyd edib ki, Azərbaycan polisi Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində Müdafiə Nazirliyi ilə birgə çiyin-çiyinə döyüşərək, vəzifə borcunu şərəflə və ləyaqətlə yerinə yetirib:
 
“Mənim oğlum da polis orqanlarında xidmət edir və mən onun öz vəzifəsini layiqincə yerinə yetirməsi ilə fəxr edirəm”.
 
Elçin Axundzadə azad edilmiş ərazilərdə sabitliyin qorunmasında polisin rolunu vurğulayaraq, Azərbaycan polisinin 107 illik tarixdə dövlətə sədaqətli xidmət göstərdiyini qeyd edib:
 
“Bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını və veteranlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, vətənə şərəfli xidmətlərində uğurlar arzulayıram”.
 
Seçilən
23
moderator.az

1Mənbələr