Nicat Abbasov 2023-cü ildə karyerasının zirvəsinə qalxdı. Onda azərbaycanlı şahmatçı Dünya kubokunda yarımfinala vəsiqə qazandı, reytinqi 2678-ə yüksəkdi, 20024-cü ilin aprelində dünya şahmat tacına iddiaçıların turnirində çıxış etdi.
Hər kəs şahmatımızda yeni ulduzun peyda olmasından danışırdı. Ancaq məhz İddiaçıların turnirindən sonra onun karyerasında kəskin eniş yaşanır. Bəlkə də Kanadanın Toronto şəhərində keçirilən turnirdəki uğursuzluq (28 yaşlı qrossmeyster 3,5 xalla sonuncu – 8-ci yeri tutdu) Nicatın bütün karyera planlarını pozdu. Təkcə planlarını pozmadı, əhval-ruhiyyəsini də korladı, daha yarışmaq, mübarizə aparmaq üçün heç bir stimul tapa bilmədi. İddaçılar turnirindən bir il sonra reytinqi artıq 2594-ə düşdü.
İyunun 19-27-si aralığında keçirilən “UzChess Cup” turnirinə bu mənada dönüş imkanı kimi baxmaq olardı. 2594 əmsala malik Nicat reytinqinə görə turnirin 4-cü iştirakçısı idi. Amma o, Daşkənddə də ümidləri doğrultmadı. 9 oyunun yalnız birində qələbə qazanmaqla (3 məğlubiyyət, 5 heç-heçə) 3,5 xalla 8-ci yeri tutmağın başqa adı yoxdu. Yeganə qələbəsini 2370 əmsala malik özbəkistanlı xanın Gülruxbəyim Tahircanova üzərində qazanan Nicat uğursuzluğun nəticəsi kimi daha 5 reytinq xalı itirdi.
Təəssüf ki, 2023-cü ildəki Dünya kubokundan sonra nəticələr baxımından yaşanan kəskin eniş davam edir. Bəlkə də indiki məqamda Nicatın çıxışına müəyyən fasilə verməsi, sonradan yeni güc və enerji ilə başlaması daha yaxşı variant olardı. Bəlkə də başqa çıxış yolu var. Hər halda, görünən odu ki, Nicat yardıma ehtiyac duyur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta