Çin bildirib ki, İranın nüvə fəaliyyətindən yaranan problemlər siyasi və diplomatik səylərlə sülh yolu ilə həll edilməlidir.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq mətbuat konfransında İsrailin Şanxaydakı baş konsulu Ravit Baerin Pekin rəhbərliyinin İran üzərində siyasi və iqtisadi təsirindən istifadə etməli olduğu barədə bəyanatı ilə bağlı sualı cavablandırıb.
Sözçü Mao bütün əlaqədar tərəfləri Tehran hökumətinin nüvə proqramı ilə bağlı məsələləri siyasi həllə yönəltmək üçün əməkdaşlığa çağırıb.
İsrailin Şanxaydakı baş konsulu Baer jurnalistlərə açıqlamasında Çini "İranın hərbi və nüvə ambisiyalarını cilovlamaq" üçün öz təsirindən istifadə etməyə çağırıb və deyib: "Çin İrana təsir edə biləcək yeganə ölkədir. Çin İran neftini almasa, Tehran çökəcək".