Fransa millisinin keçmiş futbolçusu Aleksandr Lakazett karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İdman.biz xəbər verir ki, 34 yaşlı forvard "Neom" klubu ilə müqavilə bağlayıb.
Lakazettin əvvəlki klubu 2022-ci ilin yayından çıxış etdiyi "Lion" olub. Bundan əvvəl isə fransalı 5 mövsüm London "Arsenal"ının formasını geyinib.
Qeyd edək ki, Lakazett 2013-2017-ci illərdə Fransa millisində 16 oyunda 3 qol vurub, həmçinin Paris-2024 Olimpiadasının gümüş mükafatçısı olub.
İdman.biz