AZ

Peskov: Rusiya Bakını təhdid etmir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna rəhbərliyini Yekaterinburq hadisələrindən Moskva ilə Bakı arasında münasibətləri gərginləşdirmək üçün istifadə etməyə çalışmaqda ittiham edib.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, o, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında telefon danışığını belə şərh edib.

Peskov bildirib: "Ukrayna oda yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətləri davam etdirməyə təhrik etmək üçün əlindən gələni edəcək". pizza sifarişi

Onun fikrincə, “bunu proqnozlaşdırmaq çox asandır”.

“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir, hətta əsas səbəbə, yəni əsas səbəbi Rusiya Federasiyası ərazisində aparılan istintaq hərəkətləri və Azərbaycan vətəndaşlarına qarşı cinayətlərin açılması istiqamətində aparılan işlərə görə belə”, - Peskov qeyd edib.

Lakin Kiyev "gərginlik yaratmaq üçün bu məlumatı hər cür tədqiq edəcək", - mətbuat katibi yekunlaşdırıb.


Telegram kanalımız
Seçilən
3
50
yenisabah.az

10Mənbələr