AZ

Azərbaycanlı iş adamı Sankt Peterburqda saxlanılıb Video

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın hüquq-mühafizə orqanları Parqolovo şəhərində “OOO Amurov Group” tikinti şirkətinin baş direktorunu Voloqodskaya küçəsindəki evinə basqın edərək tutublar. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat və kadrlar yayılıb.

Bildirilib ki, o, daşınmaz əmlak investisiyaları ilə bağlı bir sıra çoxmilyonluq fırıldaqlarda şübhəli bilinir.

“Sankt-Peterburq cinayət axtarış idarəsinin əməkdaşları 46 milyon rubldan çox məbləğdə dələduzluqda şübhəli bilinən 32 yaşlı biznesmeni saxlayıb. İstintaqın məlumatına görə, o, vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə pul qoymağı təklif edib, lakin həmin vəsaiti mənimsəyib”, - Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, axtarış zamanı əmlaka aid sənədlər, telefon, rubl və xarici valyutada pul götürülüb.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
28
yeniavaz.com

10Mənbələr