AZ

Politoloq Azər Qasımlı hakim qarşısına çıxarıldı

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti hazırlıq iclası başlayıb.

Mia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıc vəsatətlər verib.

O, üçüncü vəsatətində isə Azər Qasımlının yanında əyləşməsini xahiş edib: "Azər Qasımlı məhkəmənin gördüyü ən mədəni insandır. Mən belə, ondan daha təhlükəliyəm (gülür). Ona görə sizdən xahiş edirəm ki, onun mənim yanımda əyləşməsinə icazə verəsiz".

Seçilən
1
1
mia.az

2Mənbələr