ABŞ Senatında Donald Trampın genişmiqyaslı vergi və büdcə ixtisarı haqqında qanun layihəsi az səs fərqi ilə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi bundan sonra prezident tərəfindən imzalanmadan öncə Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir.
Konqresin Büdcə idarəsi qanun layihəsinin 3,4 trilyon dollara başa gələcəyini təxmin edir. Buraya vergilərin azaldılması və federal sosial təminat sahəsində ən böyük ixtisarlar vasitəsilə daxili təhlükəsizlik üçün artırılan maliyyələşdirmə də daxildir.
Qeyd edək ki, ABŞ Senatında prosedur səsverməsindən keçən qanun layihəsi bir sıra sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.