Azərbaycan 2025-26 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq.
Msport.az xəbər verir ki, Avropa futbol qurumu əmsallar cədvəlində ölkələrin reytinqini yeniləyib.
Azərbaycan hazırda 17.125 əmsala malikdir. Ukrayna (17.600) 28-ci, Bolqarıstan (15.875) 30-cu olub.
Qeyd edək ki, siyahıya İngiltərə (90.839) başçılıq edir.