AZ

izdihamlı məkanlardan uzaq durmaq kimi tədbirlər daxildir”.

Hazırkı tarixə qədər Baş Prokurorluğun İstintaq İdarəsinə Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Yekaterinburq şəhərində işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı cinayət işinin açılması ilə əlaqədar hər hansı bir məlumat və ya beynəlxalq tapşırıq göndərilməyib. Lakin Rusiyanın müvafiq qurumları hər bir halda ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanının binasında və yaxud onun nəqliyyat vasitəsində qeydə alınıbsa, məsələni mütləq araşdırmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın Yekaterinburq şəhərində işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə deyib.

O, eyni zamanda, qeyd edib ki, meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib: “Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiyada da artıq araşdırmalara başlanılıb. Dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində dilindən, dinindən, vətəndaşlığından, milliyətindən asılı olmayaraq, hər hansı bir şəxs işgəncələrə məruz qalaraq öldürülürsə, bu xüsusilə ağır cinayətdir. Bununla bağlı ilkin dəlillər və sübutlar bizim istintaqçılar tərəfindən toplanılıb və Rusiyanın aidiyyatı qurumlarına 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxaq hüquqi yardım haqqında tapşırıq göndərilib. Həmin tapşırıqda da geniş və əhatəli şəkildə rusiyalı həmkarlarımızdan, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik. Törədilmiş cinayətin obyektiv şəkildə istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyanın səlahiyyətli orqanları ilə qarşılıqlı təmas yaradaraq səylərimizi daha sürətli davam etdirəcəyik. Ümid edirik ki, bizim bu səylərimiz nəticə verəcək və təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə N. Əvəzov diqqətə çatdırıb.

Seçilən
22
ekologiya.az

1Mənbələr