AZ

Avstraliyada güclü yağış və külək səbəbindən 35 min evdə elektrik enerjisi kəsilib

Yeni Cənubi Uels əyalətinin mərkəzi və cənub bölgələrində güclü yağış və külək gündəlik həyatı pozub.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yağış səbəbindən Sidney hava limanında bir çox reyslər ləğv edilib, ştatda 35 min ev və iş yeri elektriksiz qalıb.

Yeni Cənubi Uels əyalətinin səlahiyyətliləri tufan və güclü yağış nəticəsində mümkün daşqınlar barədə fövqəladə xəbərdarlıq edib.

Seçilən
20
50
operativmedia.az

10Mənbələr