AZ

Braziliyalı müdafiəçi “Neftçi“də - İki dəfə çox qazanacaq

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi "Araz-Naxçıvan"ın legioneri İqor Ribeyro ilə müqavilə bağlayıb. Braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.

“Araz-Naxçıvan” ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.

28 yaşlı cənubi amerikalı ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək. “Sambaçı“ yeni klubunda indikindən iki dəfə çox qazanacaq. “Ağ-qaralar“ ona illik olaraq 300 min dollara yaxın əməkhaqqı ödəyəcək.

"Neftçi" bu yay Sessi D’Almeyda, Luis Ortis, Elvin Bədəlov (son klubu "Sumqayıt") və Murad Xaçayevi (son klub "Sumqayıt") də heyətinə qatıb.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr