AZ

Prada plagiatlıqda ittiham olunur FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hindistan İtaliya moda evi "Prada"nı plagiatlıqda ittiham edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məşhur moda evinin yeni sandalları hindistanlıların etirazına səbəb olub. 

Belə ki, brendin Milan Kişi Moda Həftəsində təqdim edilən son kolleksiyası diqqət çəkib. Hindistan ictimaiyyətinin ənənəvi Kolhapuri sandaleti kimi tanıdığı bəzi modellər podiuma  yeni dəri ayaqqabı kimi təqdim olunub. 

Sandal 12-ci əsrdən bəri Maharashtra və Karnataka ştatlarında hazırlanmış və yerli Kolhapur şəhərinin adını almışdır. 2019-cu ildə Hindistan hökuməti hətta sandallara Coğrafi Göstəriş (GI) statusu verib. Bu, məhsulun müəyyən bir bölgədən gəldiyini və bir növ orijinallığın və mədəni irsin əlaməti olduğunu təsdiqləyir.

Hindistanlı sənətkarlar və fəallar, "Prada"nın mədəni mənşəyini göstərmədən sandalları sadəcə dəri ayaqqabı adlandırdığına diqqət çəkiblər. Sənətkarların özlərinə görə, bu, böyük qiymət fərqini nəzərə alaraq xüsusilə təhqiramizdir. Hindistan bazarında bir cüt oxşar sandalın qiyməti təxminən 12 dollar, "Prada" isə onun versiyasını 844 dollara təklif edir.

Gülayə Mecid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
unikal.az

10Mənbələr