AZ

“Moskva və Bakı arasında ticarət əlaqələri pozulmaq təhlükəsi altındadır”

Missiya.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərin pisləşməsi ölkələr arasında iqtisadi əlaqələrin pozulmasına səbəb ola bilər”.

Missiya.Az “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bunu Russiya Prezident Akademiyasının Beynəlxalq Ticarət Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Knobel deyib.

Onun sözlərinə görə, bu halda Bakı daha həssas vəziyyətdə olacaq. Hazırda Azərbaycan daxili istehlak üçün Rusiyadan "Urals" markalı neft alır və özünün “Azeri Light” markalı neftini ixrac edir. Rusiya həm də Azərbaycanın meyvə-tərəvəz satışının əsas bazarlarından biridir.

“Beləliklə, geosiyasi vəziyyət qızışarsa və ticarət əlaqələri kəsilərsə, Bakı təkcə bazarı və tədarükçünü deyil, həm də logistik tərəfdaşını itirə bilər”, - deyə Knobel vurğulayıb.

O qeyd edib ki, Rusiya yerli itkilərlə və ayrı-ayrı malların bahalaşması ilə üzləşəcək.

Daşqın HəsənovMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
35
missiya.az

10Mənbələr