ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ukrayna Avropanın bir hissəsi ola bilmədi, ancaq anti-Rusiyaya çevrildi".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Başqa Ukrayna" hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib.
Onun sözlərinə görə, 20 il ərzində Ukrayna Avropanın bir hissəsinə çevrilməyib. Əksinə, Rusiyaya məxsus hər şeyə nifrət yaradan aqressiv konslager dövlətinə çevrilib:
"Məhz bu nifrət sadə Ukrayna vətəndaşının rifahını və hüquqlarını, sonra isə dinc həyatını məhv edib. Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra amerikalı siyasətçilər münaqişəni davam etdirmək çağırışları ilə Kiyevə səfərlərini dayandırıblar. Onların yerini avropalı məmurlar, xüsusən də Almaniya rəsmiləri tutub".
Gülşən Şərif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.