AZ

Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanun qəbul edib

İran prezidenti Məsud Pezeşkian iyunun 25-də parlament tərəfindən qəbul edilmiş qanunu imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qanuna əsasən, MAQATE müfəttişləri ölkəyə buraxılmayacaq və nüvə fəaliyyəti ilə bağlı agentliyə istənilən hesabat tamamilə qadağan ediləcək.

İran parlamentinin hazırladığı və iyunun 25-də səsə qoyulan qanun layihəsi 221 əleyhinə 0 səslə qəbul edilib.

Layihənin yekun maddələri də analoji səs çoxluğu ilə təsdiqlənib.

Seçilən
6
46
operativmedia.az

10Mənbələr