AZ

Dostluq münasibətləri Rusiya və Azərbaycan üçün son dərəcə vacibdir Zaxarova

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər.

Bizimyol.info xəbər veir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bir çoxları var ki, sadəcə olaraq “əl-ələ tutmaq” istəyirlər, qoy çox da sevinməsinlər. Çünki bizim üçün hesab edirəm ki, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdikləri barədə yaxşı düşünməlidirlər”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, Azərbaycan-Rusiya münasibətləri daim sabit olmayıb, dalğalı xarakter daşıyıb. Azərbaycan dövləti qonşuluq münasibətləri göstərməyə çalışdığı halda, Rusiya tərəfi özünü daha çox “diqqətəlayiq” etməyə cəhd göstərib. Münasibətlərin nisbətən rəvan olduğu dövrlərdə belə, birbaşa Kreml tərəfindən maliyyələşən KİV-lər Azərbaycanla bağlı yalan və birtərəfli məlumatlar yaymaqda davam ediblər.

Son hadisələr isə sanki alovun üstünə yağ tökdü. Heç bir əsas olmadan insanların evlərinə soxulmaq, onları ailələrinin qarşısında təhqir etmək, qadın-uşaq demədən qarşılarına çıxanlara fiziki təzyiq göstərmək və bütün bunların dövlət adından xidmət aparan qurumlar tərəfindən həyata keçirilməsi, artıq bütün qırmızı xətlərin keçildiyini göstərdi. Təbii ki, bunun bir cavabı olmalıdır və bəlkə də baş verənlərə verilən reaksiya hələ ən yumşaq mesaj kimi qiymətləndirilməlidir.

Zaxarovanın nə deməsindən və ya təmsil etdiyi diplomatik qurumun Azərbaycanla bağlı nə düşünməsindən asılı olmayaraq, öz vətəndaşının hüquqlarını qorumaq -dünyadakı bütün dövlətlər kimi - Azərbaycanın da haqqıdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
27
bizimyol.info

10Mənbələr