AZ

“BU, FAŞİZMİN ASTANASIDIR...” Onlar “rus icması” yaradıblar, oraya kütbeyin adamları toplayırlar”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu dəstələr insanları pasportuna görə yox, milli mənsubiyyətinə, dərisinin rənginə görə tuturlar”

“Bu gün Rusiyada azərbaycanlılara edilənlər sabah ermənilərə ediləcək”

Rusiyanın azərbaycanlılara qarşı faşist mahiyyətli hərəkətləri bir çox digər keçmiş SSRİ respublikaları ilə yanaşı, Ermənistanda da əks-səda doğurub.

“AzPolitika” xəbər verir ki, Ermənistanda kifayət qədər tanınan politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Vladimir Poqosyan bu mövzuyla bağlı açıqalmasında maraqlı fikirlər səsləndirib.

O deyib ki, bu gün Rusiyada azərbaycanlılara qarşı törədəilən qanunsuzluqlar sabah mütləq ermənilərə, gürcülərə və digərlərinə də qarşı törədiləcək: “İki azərbaycanlının ölümünə gəlincə, Rusiya tərəfi deyir ki, onlar guya uzun illər axtarışda olublar. Onlardan biri qapını açıb və guya qorxudan infarkt keçirib ölüb. İkincisinin isə ölüm səbəbi hələ bilinmir. Necə yəni, bilinmir? Guya biz bilmirik ki, onların polisində insanları ölənə qədər döyürlər? Bilirik. Heç bir şübhə yoxdur buna… Deyirlər ki, necə istəyirik, elə də araşdırırıq. İstəsək döyürük, istəsək yox. İstəsək öldürürük, istəsək yox. Onların dediyindən belə çıxır. Öz ölkəmizdir, necə istəyirik, elə də araşdırırıq və heç kim burnunu soxmasın. Və bu adamlar dövlət vəzifələri tuturlar, təsəvvür edirsiniz? Görün, siyasətçilərin deqradasiya səviyyəsi hara çatıb. Bu adamlar Rusiya vətəndaşıdırsa, onları həbs edəndə öldürməlisiniz? Bəli, bizim Azərbaycanla spesfik münasibətlərimiz var. Aramızda qan var və sair. Lakin indi məsələ bunda deyil. Bu gün azərbaycanlılara edilənlər sabah ermənilərə ediləcək. Birisi gün gürcülərə, sonra qazaxlara, sonra qırğızlara ediləcək. Bu, dayanmayacaq…

Rusiya tərəfi deyir ki, bizə göstəriş verməyin. Elədirsə, siz də heç kimə göstəriş verməyin. Ukraynalılar Donetsk və Luqanskda öz vətəndaşları ilə məsələni aydınlaşdırmaq istəyəndə, siz ora soxuldunuz, Ermənistana soxulursunuz, Gürcüstana soxulursunuz, Azərbaycana soxulursunuz. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan – hamısına soxulursunuz. Pribaltikaya göstəriş verirsiniz – rus məktəblərini bağlasınlar, ya bağlamasınlar. Ancaq elə sizin məntiqlə, siz heç yerdə ağzınızı açmalı deyilsiniz. Kim harada nə istəyir, onu da edir. Pyotr Tolstoy(Rusiya Duması sədrinin müavini) belə də deyir: “bizə göstəriş verməyin””.

Poqosyan daha sonra ermənilərə müraciət edir: “Ermənilər, indi mənə qulaq asın. Rusiya tərəfi – Pyotr Tolstoy deyir ki, diasporalar hamısı kriminaldır, mütəşəkkil cinayətkar dəstələrdir və onları Rusiyadan qovmaq, rədd eləmək lazımdır. Ermənilər, bir gün sizi oradan boğazınızdan tutub çölə atacaqlar, qovacaqlar. Onlar “rus icması” yaradıblar. Bu dəstələr insanları pasportuna görə yox, milli mənsubiyyətinə, dərisinin rənginə, irqinə görə tuturlar. Bu “rus icması” dəstələri “qetto rezervuasiyası” deməkdir. Vaxtilə Hitler də belə dəstələr yaratmışdı. Oraya kütbeyin, qanmaz adamları toplayırlar…. Ermənilər, nə qədər gec deyil, düşünün. Əgər Dumanın deputatları deyirlərsə ki, bütün diasporalar kriminaldır, vaxtında oranı tərk edin. Orada artıq hər şey həll edilib, qərar verilib. Görək, sabah qorxaq Ara Abramyan (Rusiya erməniləri ittifaqının başçısı) cəsarət edib Tolstoya zəng edəcək və deyəcəkmi ki, sən nə danışırsan? Baxaq, görək onların arxasını yalayan hansısa erməni oliqarxı soruşacaqmı ki, siz necə bütün diasporaları – fərqi yoxdur, erməni, gürcü, azərbaycanlı və s. – mütəşəkkil cinayətkar dəstə adlandırırsınız? Bu baş verənlər faşizmin astanasıdır. Bizə deyirlər, unutmayın ki, qonaqsınız. Qonaq gəlir və gedir. Bu adamlar isə vətəndaşdır, artıq qonaq deyil. Bu məntiq dünyada yalnız Rusiyada keçərlidir. Rusiyada belədir ki, azərbaycanlılar, ermənilər, gürcülər - Rusiya vətəndaşı olsanız belə, gəlməsiniz. Öz cəmiyyətlərini o qədər zombiləşdiriblər ki, bütün bunlar dəstəklənir… Ən böyük mütəşəkkil cinayətkar dəstələr diasporalar deyil, Rusiya hakimiyyət strukturlarıdır”.

C.Məmmədli

“AzPolitika.info”   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
46
azpolitika.info

10Mənbələr