AZ

Canlı yayımda gərginlik: Elit Star Cəmilə Ofeliyaya qapını göstərdi VİDEO

ain.az, Yenisabah saytına istinadən bildirir.

Elit Star Cəmilənin iradı müğənni Ofeliyanı özündən çıxardıb.

Yenisabah.az xəbər verir ki, həmin anlar  “Elgizlə izlə” verilişində yaşanıb.

“Allah hər kəsin ruzisini versin. Toya da gedin, banketə də gedin. Restoranlara da müraciət edin. Götürsələr, işləyin” - deyən, Cəmilənin sözləri Ofeliyanı özündən çıxardıb. pizza

Ofeliya cavab olaraq, deyib  ki, mən onda qəbirə gedim, çünki qocalmışam:

"Mən 50 yaşımda sənətə gəlmişəm. Elə danışırsınız ki, nə sizin, nə də mənim İlhamə kimi səsimiz yoxdur. Siz illərdir sənətdəsiniz. Mən də yeni başlamışam və istəyirəm ki, bir az da mən işləyim, yoldaşıma kömək edim. Əgər mənim səsim olmasaydı, çıxıb milyonların qarşısında, Elgiz bəyin qarşısında oxumazdım və özümü də gülünc vəziyyətə qoymazdım. Hara gedirik, cavanlardır. Nə edək? İndi cavanlar var deyə oxumayaq?".

Ofeliya həmçinin Cəmilənin onun qarşısında açılacaq bütün qapıları bağladığını bildirib:

“Mənim üçün bəlkə bir qapı açılacaqdı, siz o qapıları milyonların qarşısında bağladınız. 50 yaşım varsa, demək ölməliyəm? Siz deyirsiniz ki, mən yaşlıyam, onlara cavan lazımdır”.

Cəmilə isə cavabında, “Mən işə düzəltmə bürosunda işləmirəm ki, get işlə.  Sizə mahnı satanlar pulunu alıb, mahnısını satanlardır” – deyib. 

Aydan Hacı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
48
yenisabah.az

10Mənbələr