AZ

Cəbrayıla qayıdış: yeni başlanğıclar... VİDEO

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.

APA xəbər verir ki, növbəti videoçarx 30 ildən artıq bir müddətdə Bakıda ağır şəraitdə yaşamış Cəbrayıl sakini, doğma torpağına qayıdan keçmiş məcburi köçkün Diriş Məmmədovun ailəsi ilə birlikdə təəssüratını əks etdirir.

"Uzun illərin həsrəti, çəkilən əziyyətlər arxada qalıb. İndi isə ata-baba yurduna qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. Zamanında ağrılı-acılı ayrılığın yerini bu gün sonsuz sevinclə dolu qayıdış hissi alıb. Bir zamanlar ayrıldıqları torpağa yenidən qovuşmaq əvəzsiz bir xoşbəxtlikdir", - cümlələri ilə Dövlət Komitəsi videoçarxı yayımlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
50
apa.az

10Mənbələr