AZ

ABŞ məhkəməsi “Google”u 314 milyon dollar cərimələdi


ABŞ məhkəməsi “Google”un “Android” tipli mobil cihazların məlumatlarından istifadəçilərin razılığı olmadan istifadə etdiyinə görə, 314 milyon dollar ödəməsi barədə qərar qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, 2019-cu ildə şirkətə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb.
İddiaya görə, “Google” “Android” cihaz sahiblərinin mobil internet trafikindən qeyri-qanuni şəkildə istifadə edərək şirkətin maraqları, o cümlədən məqsədli reklamlar üçün istifadə ediB.
Santa Klara Dairəsi münsiflər heyəti “Google”u təqsirli bilib və şirkətin 314 milyon dollar ödəməsinə qərar verib.
Seçilən
4
1
yeniavaz.com

1Mənbələr